Menyu

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Nərmin Qocamanlı
Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb
1 dəq oxu

Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Qaradağ rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı   qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

Əlaqəli Xəbərlər