05 Avqust 2024, 09:20
"Qarabağ"ın rəqibi bu gün Bakıya gəlir
"Qarabağ"ın rəqibi bu gün Bakıya gəlir şəkil
"Qarabağ"ın rəqibi bu gün Bakıya gəlir

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Ludoqorets”in Bakı proqramı bəlli olub.

"Operativ Media" xəbər verir ki, Razqrad komandası bu gün çarter reysi ilə səfərə yollanacaq.

“Ludoqorets”i Bakıya gətirəcək təyyarə Bakı vaxtı ilə 10:30-da yola düşəcək. Komanda saat 20:00-da oyunöncəsi son məşqinə çıxacaq. Bundan yarım saat əvvəl baş məşqçi Georgi Dermendjiyevin mətbuat konfransı təşkil olunacaq. Sabahkı qarşılaşmadan dərhal sonra isə bolqarlar vətənlərinə qayıdacaqlar.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ludoqorets” oyunu saat 20:00-da başlayacaq

Son xəbərlər
Fransada iki təyyarə qəzaya uğrayıb
Paşinyan və ABŞ-nin dövlət katibi arasında telefon danışığı olub
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub
Xırdalanda restoranda yanğın baş verib
25 Mart 2025, 20:58
Dəmiryol keçidində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq
Azərbaycan - Belarus oyununun start heyəti açıqlandı