Menyu

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
1 dəq oxu

Avqustun 3-də və 4-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.        

Avqustun 3-də və 4-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  Axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər