Menyu

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Nərmin Qocamanlı
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
1 dəq oxu

Avqustun 8-də 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.

Əlaqəli Xəbərlər