Bakı-Ələt-Qazax-Gürcüstan yolunda təmir işləri aparılacaq
Nərmin Qocamanlı
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-125-ci kilometrlik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Operativ Media"ya bildirilib ki, sözügedən işlərin icrası bu gün saat 14:00-dan başlayaraq avqustun 11-i saat 18:00-dək davam edəcək.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Teqlər:
"Bak\u0131-\u018fl\u0259t-Qazax-G\u00fcrc\u00fcstan yolunda t\u0259mir i\u015fl\u0259ri apar\u0131lacaq"