İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (29.07.2024 - 04.08.2024) açıqlanıb.
ANAMA-dan "Operativ Media"ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 280 piyada əleyhinə mina, 87 tank əleyhinə mina, 8086 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 2790.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Teqlər:
"Azad edilmi\u015f \u0259razil\u0259rd\u0259 daha 367 mina a\u015fkarlan\u0131b"