http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

XİN Toivo Klaara cavab verib

05 Avqust 2024 , 19:15
XİN Toivo Klaara cavab verib

Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir:

"Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş Toivo Klaara yaxşı məlumdur.  Bu xüsusda, Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməni əsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır. 

Vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan bu kimi qərəzli açıqlamalar verməsi ilk növbədə Aİ rəsmisinin təmsil etdiyi qurumun reputasiyasına vurduğu növbəti zərbədir".

OXŞAR XƏBƏRLƏR
Şəkidə yol qəzası baş verib

Şəkidə yol qəzası baş verib

Əməkdar artist Rafiq İbrahimov vəfat edib

Əməkdar artist Rafiq İbrahimov vəfat edib

Ceyhun Bayramov ölkəmizdə səfərdə olan səfir Serdar Kılıçı qəbul edib

Ceyhun Bayramov ölkəmizdə səfərdə olan səfir Serdar Kılıçı qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:26

    Şəkidə yol qəzası baş verib
  • Dünən
    23:05

    Polşa Ukraynaya 400-ə yaxın tank göndərib
  • Dünən
    22:59

    Azərbaycan yığması 3-cü turda da məğlub olmadı
  • Dünən
    22:54

    ABŞ Dmitri Kiselevə qarşı sanksiya tətbiq edib
  • Dünən
    22:40

    Əməkdar artist Rafiq İbrahimov vəfat edib
  • Dünən
    22:32

    Məhkəmə Robert Koçaryanın işinə xitam verilməsi barədə qərarı ləğv edib
  • Dünən
    22:15

    Ukrayna Nazirlər Kabineti 2025-ci il dövlət büdcəsinin layihəsini təsdiqləyib
  • Dünən
    22:07

    ABŞ və müttəfiqləri iddia edilən RT təhlükəsi ilə mübarizə kampaniyasına başlayıblar
Menyu