Menyu

AYNA: "biletim.az” portalına yeni istiqamət əlavə edilib

Nərmin Qocamanlı
AYNA: "biletim.az” portalına yeni istiqamət əlavə edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına yeni istiqamət əlavə edilib.

"Operativ Media" AYNA-ya istinadən xəbər verir ki, artıq sərnişinlər Sumqayıtdan Ağcabədiyə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala biləcəklər.

Hazırda portala 68 istiqamət, 43 məntəqə, 283 reys olmaqla, 308 nəqliyyat vasitəsi qoşulub.

Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir. Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər