Menyu

Ötən ay 43 sel hadisəsi qeydə alınıb

Nərmin Qocamanlı
Ötən ay 43 sel hadisəsi qeydə alınıb

2024-cü ilin iyul ayında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçib.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Operativ Media"ya bildirib ki, iyul ayında ümumi olaraq ölkə üzrə 43 sel hadisəsi qeydə alınıb ki, bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çox olmaqla, son 50 il ərzində ən çox sel hadisəsi olan iyul ayı kimi qeydə alınıb. 

Onun sözlərinə görə, iyul ayı ərzində ölkənin yerli çaylarında, xüsusilə Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsi ərazilərindən axan əksər çaylarda sululuq normadan yüksək, bəzi çaylarda isə normadan aşağı olub.

Teqlər:

"\u00d6t\u0259n ay 43 sel hadis\u0259si qeyd\u0259 al\u0131n\u0131b"

Əlaqəli Xəbərlər