Menyu

Tikinti materiallarının bahalaşması evlərin qiymətinə təsir edəcək?

Nərmin Qocamanlı
Tikinti materiallarının bahalaşması evlərin qiymətinə təsir edəcək?

Tikinti bazarında sementin qiyməti artıb. Bazarlarda hər kisə sement üçün qiymət 20 qəpik bahalaşıb.

Bəs bu artım yeni binaların və ya həyət evlərinin qiymətlərinə təsir edəcəkmi?

Məsələ ilə bağlı “Operativ Media”ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, dizel yanacağının qiymətinin artması tikinti materialların qiymətlərinədə təsir göstərib:

“Hazırda sezon vaxtıdır. Bu aylar tikintinin pik vaxtı hesab olunur. Yay aylarında adətən tikinti işləri daha çox olur. Nəzərə almalıyıq ki, bu il COP29 ilə bağlı layihlər var. Dövlət Qarabağ və Şərqi Zəngəzurla bağlı layihələri gücləndirib. Həmin ərazilərə daha çox vəsait ayırır. Bu baxımdan tikinti matreallarının qiymətlərinin artması anlaşılandır.

Digər tərəfdən dizel yanacağının qiymətinin artması tikinti matrealların qiymətlərinə də təsir göstərir. Bu qiymət artımın əsas səbəbidir. Çünki dizel yanacağı daşınma prosesində istifadə olunur. Buna görə də daşınmada yanacağa xərclənən məbləğ və materialların qiyməti arasında pay əhəmiyyətlidir.

Tikinti materiallarının bahalaşması müəyyən müddətdən sonra evlərin qiymətinə də təsir edəcək. Çünki sahibkar xərcləri artdıqca, satdığı məhsulun qiymətini artırmaq məcburiyyətindədir. Alıcılar bu qiymətlərə daha tez öyrəşsə, artım daha sürətlə olacaq. Yox əgər evlərin satışında müəyyən azalmalar müşahidə olunarsa, artım bir o qədər də olmayacaq”.

Əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə qiymət artımı mövsümi xarakter daşıyır:

“Adətən bu artımlar mövsüm ilə əlaqədar olur. Bu artımlar əmlak qiymətlərinə ciddi təsir göstərməyəcək.  Çünki, hazırda əmlak qiymətləri yetərincə bahadır. Əvvəlki illərdə də qiymət artımları baş verib. Amma daha sonra qiymətlər stabilləşib. Mövsüm ilə əlaqədar təlabat artanda, qiymətlərdə də artım olur".

Gülcahan Məmmədova

Teqlər:

"Tikinti materiallar\u0131n\u0131n bahala\u015fmas\u0131 evl\u0259rin qiym\u0259tin\u0259 t\u0259sir ed\u0259c\u0259k?"

Əlaqəli Xəbərlər