MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Nərmin Qocamanlı
2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən "Operativ Media"ya bildirilib ki, iyulun 31-dən avqustun 5-dək aparılmış vakansiya seçimində 5701 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Müsahibə mərhələsi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma