Menyu

İsmayıllıda 8 ton çətənə kolu məhv edilib

Nərmin Qocamanlı
İsmayıllıda 8 ton çətənə kolu məhv edilib
1 dəq oxu

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xanagah kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, ümumi çəkisi 8 ton 147 kiloqram olan 9015 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Əlaqəli Xəbərlər