Menyu

Sosial şəbəkədə anası tərəfindən satılan azyaşlının valideyninin himayədən məhrum edilməsi məqsədilə vəsatət qaldırılıb - YENİLƏNİB

Əsəd Abbaslı
Sosial şəbəkədə anası tərəfindən satılan azyaşlının valideyninin himayədən məhrum edilməsi məqsədilə vəsatət qaldırılıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülməklə digər aidiyyəti dövlət qurumları ilə birgə bütün zəruri tədbirlər görülüb. Azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

"Operativ Media" xəbər verir ki,DİN-dən məlumat verilib. Bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır.
Azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.

18:49

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün videopaylaşım edən ana ilə bağlı tədbir görülüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Operativ Media"ya verilən məlumata görə, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.

Qeyd edilib ki, uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

"Dövlət Komitəsi vətəndaşlara müraciət edərək bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırır", - məlumatda vurğulanıb.

Teqlər:

"Sosial \u015f\u0259b\u0259k\u0259d\u0259 anas\u0131 t\u0259r\u0259find\u0259n sat\u0131lan azya\u015fl\u0131n\u0131n valideyninin himay\u0259d\u0259n m\u0259hrum edilm\u0259si m\u0259qs\u0259dil\u0259 v\u0259sat\u0259t qald\u0131r\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər