Menyu

Yük maşınının arxasına yazdığı ifadəni sildi - DİN-dən açıqlama

Əsəd Abbaslı
Yük maşınının arxasına yazdığı ifadəni sildi - DİN-dən açıqlama
1 dəq oxu

Sosial şəbəkələrdə sürücünün yük maşınının arxasına yazdığı ifadə geniş müzakirələrə səbəb olub.

"Operativ Media" xəbər verir ki, görüntülərdə vətəndaş “Sürücü təhlükəli sürərsə, əcəb edir” sözlərini yazıb.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, həmin sürücü aşkarlanıb və barəsində qanunamüvafiq tədbir görülüb:

“O, əməlindən peşman olduğunu bildirərək yazdığı yazıları silib.

Bir daha sürücüləri belə hallara yol verməməyə çağırırıq”.

Əlaqəli Xəbərlər