İmişlidə qaz olmayacaq
Əsəd Abbaslı
Sabah İmişli rayonunun 23 yaşayış məntəqəsində qaz kəsiləcək.
"Operativ Media" xəbər verir ki, “İmişli 1” ölçü qovşağından qidalanan D 219 mm-lik daşıyıcı qaz kəmərinin qaynaq hissəsində yaranmış nasazlığın aradan qaldırılması məqsədilə saat 09:00-dan etibarən işlər yekunlaşanadək İmişli şəhər mərkəzi, 20 kənd, 2 qəsəbədə (ümumi 17 969 abonent) “İmişli 1” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net