Menyu

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi

Əziz Əzizli
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

"Operativ Media" xəbər verir ki, dünən baş tutan ilk oyunlardan sonra UEFA reytinqində dəyişikliklər olub. Ancaq Azərbaycanın xal ehtiyatında yenlik yoxdur. Çünki “Qarabağ” Çempionlar Liqası çərçivəsində evdə Bolqarıstan klubu “Ludoqorets”ə (1:2) məğlub olub. Azərbaycan son 5 ildə topladığı 18,375 əmsalla 23-cü pillədə qərarlaşıb.

Dünənki matçların ardından Çexiya, İsrail və Ermənistan irəliləyib, əvəzində Türkiyə, Norveç, Farer adaları, Latviya və Finlandiya geriləyib.

Reytinqə 89,160 əmsala malik İngiltərə başçılıq edir.

Teqlər:

"Az\u0259rbaycan\u0131n UEFA reytinqind\u0259 m\u00f6vqeyi d\u0259yi\u015fm\u0259di"

Əlaqəli Xəbərlər