Küləklə bağlı narıncı xəbərdarlıq edilib
Nərmin Qocamanlı
Avqustun 7-si gündüzdən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və narıncı xəbərdarlığa uyğun olaraq arabir 20.8-28.4 m/san təşkil edəcək.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, avqustun 7-8-də bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, İmişli, Beyləqan, Sabirabad,Şirvan, Salyan, Saatlı, Biləsuvar, Füzuli, Cəbrayıl, Cəlilabad, Yardımlı, Lerik, Şahbuz, Ordubad, Culfa, Qobustan, Şabran, Xızı, Xaçmaz, Siyəzən, Neftçalada fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net