Menyu

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Nərmin Qocamanlı
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Mərkəzdən "Operativ Media"ya verilən məlumata görə, xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi sabaha kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 7-si gündüzdən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və narıncı xəbərdarlığa uyğun olaraq arabir 20,8-28,4 m/san təşkil edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər