Menyu

Agentlik məktəbli formaları ilə bağlı valideynlərə müraciət edib

Nərmin Qocamanlı
Agentlik məktəbli formaları ilə bağlı valideynlərə müraciət edib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.

"Operativ Media" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin və yerli bölmələrinin çağrı mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.

Teqlər:

"Agentlik m\u0259kt\u0259bli formalar\u0131 il\u0259 ba\u011fl\u0131 valideynl\u0259r\u0259 m\u00fcraci\u0259t edib"

Əlaqəli Xəbərlər