Menyu

İki il əvvəl Laçında itkin düşmüş hərbçinin nəşi ailəsinə təhvil verilib

Əsəd Abbaslı
İki il əvvəl Laçında itkin düşmüş hərbçinin nəşi ailəsinə təhvil verilib
1 dəq oxu

İki il əvvəl Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində xidmət zamanı istiqaməti itirərək itkin düşmüş iki hərbi qulluqçulardan birin nəşi ailəsinə təhvil verilib.

"Operativ Media" xəbər verir ki, əsgər Məmmədov Fərid Əjdər oğlunun cənazəsi onun doğulub boya-başa çatdığı Ağdam rayon Orta Qərvənd kəndinə gətirilib.

Şəhidin vida mərasimi 8 avqust tarixində Ağdam rayon Quzanlı qəsəbəsində keçiriləcək. O, Quzanlı qəsəbə Şəhidlər xiyabanında dəfn ediləcək.

Əlaqəli Xəbərlər