http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

BANM Özbəkistana ali təhsil proqramlarının ödənişli əsasda ixracına başlayır

07 Avqust 2024 , 18:56
BANM Özbəkistana ali təhsil proqramlarının ödənişli əsasda ixracına başlayır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbinin (BANM) Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Mühəndislik-Texnoloji İnstitutu ilə ikili diplom proqramı layihələrin reallaşdırllmasına başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın Özbəkistana səfəri çərçivəsində Buxara Mühəndislik-Texnoloji İnstitutunun rektoru Sədaqət Siddikova ilə keçirilən görüşdə bildirilib.

“Sözügedən əməkdaşlıqların Azərbaycan ali təhsil sistemində bir ilk olduğu və ölkəmizin ali təhsil proqramlarının xarici ölkəyə ödənişli əsasda ixracına xidmət edəcəyi diqqətə çatdırılıb.

Bu xüsusda, BANM ilə Buxara Mühəndislik-Texnoloji İnstitutu arasında Kimya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində ödənişli ikili diplom proqramı ilə bağlı müqavilənin imzalanmasından məmnunluq ifadə edilib”, - məlumatda deyilir.

Sənədə əsasən, təhsilin birinci ilində Buxara Mühəndislik-Texnoloji İnstitutunda, ikinci ilində BANM-də oxuyacaq tələbələrin diplom müdafiəsi BANM tərəfindən həyata keçiriləcək, yekunda onlar hər iki ali təhsil ocağının diplomunu əldə edəcəklər.

Qeyd edək ki, birgə həyata keçirilən layihələr və qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkədə rəqabətli insan kapitalının, habelə təhsil və elmi-tədqiqat sahələrinin inkişafına dəyərli töhfələr verəcəkdir.

İkili diplom proqramı ilə bağlı müvafiq qərar Azərbaycan və Özbəkistan hökumətlərarası komissiyasının 2023-cü ilin iyulun 18-də Şuşa şəhərində keçirilən 12-ci iclası zamanı verildiyi və həmin tarixdə SOCAR və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında kadr hazırlığı üzrə imzalanan Anlaşma Memorandumda əksini tapıb.

OXŞAR XƏBƏRLƏR
Bakıda 80-ə yaxın Çin şirkətinin iştirakı ilə sərgi keçiriləcək

Bakıda 80-ə yaxın Çin şirkətinin iştirakı ilə sərgi keçiriləcək

“Şahdəniz” qazının ixracı artıb

“Şahdəniz” qazının ixracı artıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini qaldırıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini qaldırıb

XƏBƏR LENTİ
  • 08:50

    İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
  • 08:38

    "Formula 1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
  • Dünən
    23:26

    Şəkidə yol qəzası baş verib
  • Dünən
    23:05

    Polşa Ukraynaya 400-ə yaxın tank göndərib
  • Dünən
    22:59

    Azərbaycan yığması 3-cü turda da məğlub olmadı
  • Dünən
    22:54

    ABŞ Dmitri Kiselevə qarşı sanksiya tətbiq edib
  • Dünən
    22:40

    Əməkdar artist Rafiq İbrahimov vəfat edib
  • Dünən
    22:32

    Məhkəmə Robert Koçaryanın işinə xitam verilməsi barədə qərarı ləğv edib
Menyu