AFFA və Media nümayəndələri arasında görüş keçiriləcək
Əsəd Abbaslı
AFFA İcraiyyə Komitəsinin 13.05.2024-cü il tarixində keçirilən iclasında “AFFA-nın İnkişaf Strategiyası”nın əsas hədəfləri müəyyənləşdirilib.
"Operativ Media" xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin 03.06.2024-cü il tarixli iclasında isə strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq edilməsinə dair qərar qəbul olunub.
AFFA İnkişaf Strategiyasının hazırlanması ilə bağlı futbol ictimaiyyəti nümayəndələrinin təklif və rəylərini öyrənmək istəyir. Bunu nəzərə alaraq, avqustun 9-u saat 11:00-da media nümayəndələri ilə görüş nəzərdə tutulub. AFFA-nın inzibati binasında keçiriləcək tədbirə bütün media nümayəndələri dəvət olunub.
Teqlər:
"AFFA v\u0259 Media n\u00fcmay\u0259nd\u0259l\u0259ri aras\u0131nda g\u00f6r\u00fc\u015f ke\u00e7iril\u0259c\u0259k"