Menyu

Qaşım Maqomedov: Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm

Əsəd Abbaslı
Qaşım Maqomedov: Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm

Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm.

"Operativ Media" xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.

24 yaşlı idmançı bu günün onun üçün çətin keçdiyini bildirib:

"Mənim üçün çətin gün idi. Finala yüsəldiyimə hələ də inana bilmirəm. Amma artıq bu həqiqətdir. Qarşıda məni çətin final görüşü gözləyir. İnşallah, həmin görüşdən də qələbə ilə ayrılacağam. Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm. Hər şeyə görə Allahıma şükürlər olsun".

Qeyd edək ki, 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov yarımfinalda italiyalı olimpiya çempionu Vito Dellakvilaya qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb. O, finalda Cənubi Koreya taekvondoçusu Park Taejoonla üz-üzə gələcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər