Ana səhifə / İdman / Paris-2024: Azərbaycanın bədii gimnastı mübarizəyə başlayıb Paris-2024: Azərbaycanın bədii gimnastı mübarizəyə başlayıb 08.08.2024, 13:49 Əziz Əzizli Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib. "Operativ Media" xəbər verir ki, 23 yaşlı idmançı fərdi çoxnövçülükdə ilk olaraq topla hərəkətlərdə çıxış edib. Təmsilçimiz 30.200 xala layiq görülüb. Ağamirova halqa, lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, hələlik 7-ci sıradadır. Teqlər: "Paris-2024: Az\u0259rbaycan\u0131n b\u0259dii gimnast\u0131 m\u00fcbariz\u0259y\u0259 ba\u015flay\u0131b"