Menyu

Paris-2024: Osman Nurmaqomedov üçün yarış mükafatsız başa çatıb

Əsəd Abbaslı
Paris-2024: Osman Nurmaqomedov üçün yarış mükafatsız başa çatıb
1 dəq oxu

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

"Operativ Media" xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi- San Marino təmsilçisi Maylz Nazem Amin finala vəsiqə qazana bilməyib.

Onun həlledici mərhələyə gedən yolda İran güləşçisinə uduzması Osmanın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Əlaqəli Xəbərlər