Menyu

Azərbaycan millisinin üzvü Türkiyə klubuna keçdi

Əziz Əzizli
Azərbaycan millisinin üzvü Türkiyə klubuna keçdi
1 dəq oxu

Azərbaycan millisinin üzvü Renat Dadaşovun yeni klubu müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, 25 yaşlı hücumçu Türkiyənin 1-ci liqasında çıxış edən “Ankaragücü” klubu ilə razılıq əldə edib.

Onunla 2 illik müqavilə imzalanıb.

Dadaşov ötən mövsümü icarə əsasında Türkiyənin əsas liqasında mübarizə aparan “Hatayspor”da keçirib. O, burada meydanda olduğu 33 oyunda 6 qolla yadda qalıb

Əlaqəli Xəbərlər