Menyu

David De Xea İtaliya klubuna keçdi

Əziz Əzizli
David De Xea İtaliya klubuna keçdi
1 dəq oxu

İspaniya millisinin sabiq qapıçısı David De Xeanın yeni klubunun adına aydınlıq gəlib.

"Operativ Media" xəbər verir ki, ispaniyalı qapıçı İtaliya A Seriyası komandalarından biri olan "Fiorentina"ya transfer olub. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, David De Xea 1 ildir klubsuzdur.

Əlaqəli Xəbərlər