Menyu

Azərbaycan PL: "Neftçi" xal itirdi

Əziz Əzizli
Azərbaycan PL: "Neftçi" xal itirdi

Azərbaycan Premyer Liqasında 2-ci turun daha bir oyunu baş tubub.

"Operativ Media" xəbər verir ki, günün ikinci matçında "Səbail" evdə "Neftçi" ilə üz-üzə gəlib.

“ASCO Arena”dakı görüşdə qalib müəyyənləşməyib - 1:1.

Bununla da "dənizçilər" çempionatda ilk xalını qazanıblar. "Ağ-qaralar" isə xallarının sayını 2-yə çatdırıblar.

Qeyd edək ki, günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Şamaxı"nı məğlub edib - 1:0. Turun açılış oyununda dünən "Qarabağ" evdə "Kəpəz"ə böyük hesabla qalib gəlib - 3:0. Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

10 avqust

“Səbail” – “Neftçi” 1:1

Qol: Dmitro Litvin, 48 - Yuri Matias, 24.

Teqlər:

"Az\u0259rbaycan PL: \"Neft\u00e7i\" xal itirdi"

Əlaqəli Xəbərlər