11 Avqust 2024, 11:18
Paris-2024: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq
Paris-2024: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq şəkil
Paris-2024: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq

Bu gün Fransanın paytaxrı Parisdə keçirilən Yay Olimpiya Oyunlarına yekun vurulacaq.

"Operativ Media" xəbər verir ki, sonuncu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq. Sərbəst güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda yarışacaq. Onun rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək. Görüşün 13:30-da başlaması nəzərdə tutulub.

Yarışlarda indiyədək idmançılarımız 6 medal qazanıblar. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olub, taekvondoçu Qaşim Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar

Son xəbərlər
Azərbaycanın U-17 millisi Belarusa məğlub oldu
Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Görünüş məsafəsi 300 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”
Sabah hava necə olacaq?
Böyük Dəbilqə: Azərbaycan turniri medalsız başa vurdu
Prezident: Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi böyük məmnunluq doğurur