Menyu

Paris-2024: Azərbaycanın yarış cədvəlində tutduğu yer dəqiqləşib

Əsəd Abbaslı
Paris-2024: Azərbaycanın yarış cədvəlində tutduğu yer dəqiqləşib
1 dəq oxu

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını 30-31-ci pillələrdə başa vurub.

"Operativ Media" xəbər verir ki, aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc mükafat olan komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bir bölüşüb.

Qeyd edək ki, Azərbaycanın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

Əlaqəli Xəbərlər