Menyu

Renat Dadaşov qol vurdu, "Ankaragücü" qələbə qazandı

Əziz Əzizli
Renat Dadaşov qol vurdu, "Ankaragücü" qələbə qazandı
1 dəq oxu

Türkiyə 1-ci liqasında 1-ci turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da formasını geyindiyi "Ankaragücü" klubu "Şanlıurfaspor"la qarşılaşıb. 

Matç Ankara təmsilçisinin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birini 76-cı dəqiqədə Renat Dadaşov vurub. 

Qeyd edək ki, Dadaşov oyuna 67-ci dəqiqədə daxil olub.

Əlaqəli Xəbərlər