Daha bir MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib
Nərmin Qocamanlı
“LEDLINE” MMC-yə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
"Operativ Media" agentliyə istinadən xəbər verir ki, şirkət Parkın 1 hektar ərazisində led işıqların istehsalı müəssisəsi inşa edəcək.
İnvestisiya dəyəri 4,5 milyon manat olan layihə çərçivəsində 44 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə istehsal ediləcək məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.
Teqlər:
"Daha bir MMC-y\u0259 A\u011fdam S\u0259naye Park\u0131n\u0131n rezidenti statusu verilib"