2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2,573 milyard dollar təşkil edib.
"Operativ Media" xəbər verir ki, 2023-cü ilin yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artıb.
Yeddi ayda Azərbaycan məhsullarının Rusiyaya ixracı 7,8% azalaraq 656,046 milyon dollar, Rusiya Federasiyasından malların idxalı isə 1,734 milyard dollar (artım 10,6%) təşkil edib.
Məlumata görə, yanvar-iyul aylarının nəticələrinə əsasən Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yerdədir.
Bu dövrdə Rusiya Federasiyası ilə ticarət əməliyyatları respublikanın xarici ticarət dövriyyəsinin 9,57%-ni təşkil edib. 2023-cü ilin sonunda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 17,5 faiz artaraq 4 milyard 358 milyon dollara çatıb.