Menyu

BMW Çində 1,3 milyondan çox avtomobili geri çağıracaq

Nərmin Qocamanlı
BMW Çində 1,3 milyondan çox avtomobili geri çağıracaq
1 dəq oxu

 Avtomobil istehsalçısı BMW, ön təhlükəsizlik yastıqlarındakı nasazlığa görə Çin bazarından 1,3 milyondan çox avtomobili geri çağıracaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb.

Departamentin saytında qeyd edilib ki, geri çağırılma 1-6 seriyalı modellərə, eləcə də 2003-2018-ci illərdə istehsal olunmuş X1, X3, X4, X5 və X6 modellərinə aiddir.

Əlaqəli Xəbərlər