ABŞ: İran İsraili vurarsa, fəlakətli nəticələrlə üzləşəcək
Nərmin Qocamanlı
İran İsrailə hücum edərsə, bunun nəticələri Tehran üçün fəlakətli olacaq.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib:
“İsrailə qarşı kütləvi raket hücumu ilə bağlı təhdidlərə gəlincə, İran bu cür hərəkətlərin qismən qanuni olduğunu sübut etməyə çalışıb ki, baş verən heç bir hadisə genişmiqyaslı silahlı hücuma haqq qazandırmır”.
“Bu baş verərsə, biz İsraili müdafiə etməyə hazırıq. Ancaq biz iranlıları bu yola getməməyə çağırarıq, çünki bunun nəticələri xüsusilə İran üçün olduqca fəlakətli olacaq”, - o, qeyd edib.