Avqustun 16-da ticarət zamanı qızılın qiyməti etibarlı aktivlərə güclü tələbat səbəbindən tarixi maksimuma çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “Trading Economics” məlumat yayıb.
“Comex” birjasında qızılın sentyabr fyuçersləri 1 unsiya üçün 2 493 ABŞ dollarına satılır. Bu, öncəki sessiyanın bağlanışında olan səviyyə ilə müqayisədə demək olar 1,4 % bahalaşma deməkdir.