Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın müsbət dinamikası və gələcək inkişafı üçün yaxşı perspektivlər var. Azərbaycan bazarında 1300-ə yaxın müəssisəmiz fəaliyyət göstərir.
“Operativ media” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunu üzrə mətbuata bəyanatında bildirib.
“Bunlar “LUKoil” və montaj istehsalını təşkil edən KAMAZ şirkətləri, SOLLERS, UAZ-dır. Onlar uğurla işləyirlər və inkişaf perspektivi var. Onların işləməsi üçün yaradılan şəraitə görə minnətdarıq. “Transmaşholdinq” şirkəti fevralda "Bakı Metropoliteni" üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalı üzrə daha bir müqavilə imzalayıb”, - o qeyd edib. Rusiya şirkətləri Azərbaycan bazarında özlərini kifayət qədər rahat hiss edir. Biz Azərbaycan hakimiyyətinə rus şirkətlərinin işi üçün yaradılan şəraitə görə minnətdarıq".