Braziliya “WhatsApp”a alternativ platforma yaratmağı düşünür
Nərmin Qocamanlı
Braziliya hakimiyyəti məlumat sızması təhlükəsi ilə əlaqədar Meta Korporasiyasına məxsus "WhatsApp" messencerindən istifadəni dayandırmaq istəyir.
"Operativ Media" xəbər verir ki, bu barədə yerli Brasil247 portalı respublika hökuməti yanında Braziliyanın Sənaye İnkişafı Agentliyinin rəhbəri Rikardo Kapelliyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ölkə rəhbərliyi məlumat ötürülməsinin təhlükəsizliyini artırmaq və onun sızmasının qarşısını almaq məqsədilə yerli İT şirkətləri tərəfindən sosial şəbəkələrin və "WhatsApp"a oxşar ani messencerlərin inkişafı üçün tender elan edəcək.
Teqlər:
"Braziliya \u201cWhatsApp\u201da alternativ platforma yaratma\u011f\u0131 d\u00fc\u015f\u00fcn\u00fcr"