Rusiya prezidenti Vladimir Putin Çeçenistanın fəxri vətəndaşı olub.
"Operativ Media" xəbər verir ki, bununla bağlı Çeçenistanın rəhbəri qərar imzalayıb.
Müvafiq nişanı və sertifikatı Putinə Çeçenistanın rəhbəri Ramzan Kadırov və Çeçenistan müftisi, respublika müsəlmanları ruhani idarəsinin sədri Salah Nejiyev təqdim edib.