Fransada meymunçiçəyinə görə 232 peyvənd mərkəzi açılıb
Fransanın Baş naziri Qabriel Attal Fransada Mpox (Meymunçiçəyi) virusuna qarşı 232 peyvənd mərkəzinin açıldığını və xəstəlikdən ən çox təsirlənən ölkələrə 100 min doza peyvənd söz verildiyini açıqlayıq.
"Operativ Media" xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.
Fransanın baş naziri Attal qeyd edib ki, prezident Emmanuel Makronun göstərişinə əsasən, Avropa İttifaqı (Aİ) vasitəsilə virusdan ən çox təsirlənən ölkələrə 100 min doza vaksin çatdırılacaq.
Qeyd edək ki, Fransada meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. Fransa səhiyyə sistemi virusa qarşı hazır vəziyyətdədir.