SOCAR Vyetnam şirkətləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Nərmin Qocamanlı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Vyetnamın “Vietsovpetro” və “PetroVietnam” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Vyetnamın “Vietsovpetro” şirkətinin qazma işləri üzrə baş direktoru Fam Xuan Son və “PetroVietnam” şirkətinin neft və qaz müqavilələrinin idarə edilməsi şöbəsinin rəhbəri Tran Manh Cuong ilə görüşüb.
Görüşdə, bununla yanaşı, təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net