İrəvanda Belarus səfirliyinin binasına yumurta və pomidor atılıb
Nərmin Qocamanlı
Ermənistanda rusofob “Respublika naminə” partiyasının nümayəndələri Belarusun İrəvandakı səfirliyinin binasına yumurta və pomidor atıblar.
"Operativ Media" xəbər verir ki, partiya bununla Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatına etirazını bildirib.
“Biz Ermənistan hakimiyyətindən Belarusla diplomatik münasibətləri kəsməyi və bu ölkənin səfirini arzuolunmaz şəxs elan etməyi tələb edirik”, - rusofob partiyanın lideri Arman Babacanyan belə deyib.
Bundan sonra partiya üzvləri səfirliyin binasına yumurta və pomidor atmağa başlayıblar. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binanı qoruyan əməkdaşları onların bu hərəkətinə mane olmayıb.
Belarus lideri bir müddət əvvəl “Rossiya 1” telekanalına müsahibəsində demişdi ki, Ermənistan Qərbdə heç kimə lazım deyil və “onu orada tezliklə unudacaqlar”.
Teqlər:
"\u0130r\u0259vanda Belarus s\u0259firliyinin binas\u0131na yumurta v\u0259 pomidor at\u0131l\u0131b"