Menyu

Yunanıstanda baş nazirin istefası tələb edilir

Nərmin Qocamanlı
Yunanıstanda baş nazirin istefası tələb edilir

Yunanıstanın paytaxtı Afina yaxınlığındakı Varnavasda başlayan yanğının qurbanları baş nazir Kiryakos Mitsotakisin istefasını tələb ediblər.

“Operativ Media” xəbər verir ki, baş nazir Kiryakos Mitsotakisin yanğın bölgəsində keçirdiyi iclas zamanı etirazlar edilib.

Bildirilir ki, bölgədə baş nazirin sədrliyi ilə hökumət rəsmiləri və yerli idarəçilərlə yanğının fəsadları ilə bağlı toplantı keçirilib. Bu arada yanğının qurbanı olan bir qrup şəxs çöldə nümayiş keçirib.

Yanğın qurbanları hökumətin yanğınla mübarizədə yetərli olmadığını əsas gətirərək Mitsotakisin istefasını tələb ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər