Azərbaycan Dağıstanda keçiriləcək Xəzər Rəqəmsal Forumuna dəvət olunub
Nərmin Qocamanlı
Azərbaycan noyabrda Dağıstanda (Rusiya Federasiyası) keçiriləcək II Beynəlxalq Xəzər Rəqəmsal Forumuna dəvət olunub.
"Operativ Media" forumun saytına istinadən xəbər verir ki, tədbirin əsas mövzusu rəqəmsal texnologiyalardan istifadə etməklə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına həsr olunacaq.
“Biz Xəzəryanı regionun bütün dövlətlərinin - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistanın nümayəndələrini dəvət etmişik”, - deyə Dağıstan regionunun rəqəmsal inkişaf naziri Yuri Həmzətov qeyd edib.
Tədbir iştirakçıları nəqliyyat, logistika, ekologiya və turizmin perspektivli sahələrini müzakirə edəcəklər. Forumda 8 ölkədən 4 işçi qrupunun və 30 sənaye ekspertinin iştirakı gözlənilir.