Ukrayna Ali Radası Roma Statutunu ratifikasiya edib
Nərmin Qocamanlı
Ukrayna Ali Radası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.
"Operativ Media" xəbər verir ki, Qanun layihəsinə verilən izahat qeydində bildirilib ki, Roma Statutunun ratifikasiyası Ukraynaya Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olmağa imkan verəcək.
Roma Statutu qüvvəyə mindikdən sonra Ukrayna Statutun iştirakçısı olan dövlətlərin Assambleyasının işində iştirak edəcək, eləcə də BCM-in hakim və prokurorlarının seçilməsi üçün namizədliklər təqdim edə biləcək. Roma Statutuna üzvlük gələcəkdə xüsusilə ağır cinayətlərin törədilməsinin qarşısını almağa kömək edəcək.
Teqlər:
"Ukrayna Ali Radas\u0131 Roma Statutunu ratifikasiya edib"