Menyu

Hindistanda dərman istehsalı zavodunda partlayış baş verib

Əsəd Abbaslı
Hindistanda dərman istehsalı zavodunda partlayış baş verib

Hindistanda “Escientia” əczaçılıq şirkətinin dərman preparatları istehsal olunan zavodunda baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 18 nəfər müstəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə “The Indian Express” mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, insident Andhra Pradeş ştatının Anakapalle şəhərindəki zavodda baş verib. Orada bir çox əczaçılıq şirkətinin yerləşdiyi Atçutapuram Xüsusi İqtisadi Zonası yerləşir.

“Əczaçılıq reaktoru partlayıb, daha sonra isə orada yanğın başlayıb. Yanğının səbəbi qısaqapanma olub”, - ştat polisinin açıqlamasında deyilir.

Teqlər:

"Hindistanda d\u0259rman istehsal\u0131 zavodunda partlay\u0131\u015f ba\u015f verib"

Əlaqəli Xəbərlər