Menyu

Bayden və Netanyahu Qəzzada atəşkəsi müzakirə ediblər

Bayden və Netanyahu Qəzzada atəşkəsi müzakirə ediblər

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə edib.

“Operativ Media” xəbər verir ki,bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə atəşkəs və girovların azad edilməsi, və  regionda gərginliyin azaldılması üçün diplomatik səyləri müzakirə etmək üçün danışıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, İsrail və Həmas arasında 15-16 avqust tarixlərində Qətərin paytaxtı Dohada Qəzzada əsir mübadiləsi və atəşkəs üçün danışıqlar aparılıb. HƏMAS bəyan edib ki, İsrail baş naziri Netanyahu ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda yeni şərtlər irəli sürərək razılığa gəlməyə mane olub.

Teqlər:

"Bayden v\u0259 Netanyahu Q\u0259zzada at\u0259\u015fk\u0259si m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər