Ölkələrimiz arasında əlaqələri nəqliyyat, energetika və digər infrastruktur layihələr həyata keçirməklə gücləndirmək zəruridir.
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.
Şavkat Mirziyoyev deyib ki, aviareyslərin sayının artırılması, hava və yerüstü daşımalarla bağlı prosedurları maksimum sadələşdirmək də zəruridir.