Menyu

BMT İsrail və Hizbullaha çağırış edib

Əsəd Abbaslı
BMT İsrail və Hizbullaha çağırış edib

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi Hizbullah şiə hərəkatı və İsraili münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, bəyanat təşkilatın saytında dərc olunub.

“BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun Ofisi və Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri hər kəsi atəşi dayandırmağa və gərginliyin daha da artmasından çəkinməyə çağırır”, - bəyanatda deyilir.

Təşkilat vurğulayıb ki, BMT-nin bütün strukturları regionda gərginliyi azaltmaq üçün bütün tərəflərlə təmasları davam etdirəcək.

Teqlər:

"BMT \u0130srail v\u0259 Hizbullaha \u00e7a\u011f\u0131r\u0131\u015f edib"

Əlaqəli Xəbərlər