Ermənistanın paytaxtı İrəvanda güclü külək fəsadlar yaradıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Beləki, İrəvanın mərkəzində güclü külək zamanı ağac iki vətəndaşın üzərinə aşıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Digər ərazilərdə də küləyin ağacları aşırması barədə məlumat daxil olub.